Əlillik sığortasının sığorta növləri arasında xüsusi payı var. Bəs Azərbaycanda bu sığorta növü varmı? Varsa, nə qədər inkişaf edib.
Bu suallarla sığorta üzrə ekspertlərə müraciət edilib.
ELƏCƏ DƏ BAX: Hər 10 işsizin 2-nə peşə öyrədiləcək – YENİ HƏDƏF
Xəyal Məmmədxanlı deyir ki, bu sığorta növünün adı fərdi qəza sığortasıdır. Bu sığorta hər hansı bədbəxt hadisə nəticəsində şəxsin ölümü və ya əmək qabiliyyətini itirməsi (əlillik) halından sığortalayır: “Təəssüf ki, bu sığorta növü zəif inkişaf edib, adətən korporativ şəkildə edilir. Sığortanın qiymətinə gəlincə, adətən şirkətlər öz əməkdaşlarına etdikləri üçün o qədər də baha başa gəlmir. Ümumiyyətlə, fərdi qəza sığortası bahalı sığorta növü deyil”.
Sığorta eksperti İlkin İbrahimov isə bildirir ki, xüsusi olaraq əlilliklə bağlı sığorta yoxdur: “Amma sağlamlığa dəymiş ziyan üzrə sığorta təminatları ümumilikdə əlilliklə bağlı şəxslərin də sosial durumlarının yaxşılaşdırılmasına və onların xəstəliklərinin müalicəsinə yönəlib.
Ümumiyyətlə, əlilliklə bağlı sığorta təminatları birdəfəlik ödənişlər şəklində olur. İcbari avtonəqliyyat sığortası üzrə təminatlarda sağlamlığa az ağır, ağır, yüngül halları ilə, hərbi qulluqçuların dövlət icbari sığortası haqqında qanunda yüngül və ağır, həmçinin istehsalatda peşə xəstəlikləri və bədbəxt hadisələrdən sığorta zamanı əlillik dərəcəsinə görə sığorta təminatları nəzərdə tutulub. Əlavə olaraq da məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari sığorta təminatında da əlilliklə bağlı təminatlar öz əksini tapıb”.
Əlillik sığortasının zəif inkişaf etməsinin – SƏBƏBLƏRİ
21:04
3 Dek 2018