“Günay Sığorta” şirkətində daha bir kadr dəyişikliyi baş verib. Belə ki, şirkətin satış üzrə icraçı direktoru, Satış Blokunun rəhbəri peşəkar sığortaçı Əlihüseyn Qasımov vəzifəsindən uzaqlaşıb.
FED.az xəbər verir ki, bundan sonra Ə.Qasımov yeni təyinatına uğun olaraq “Dövlət Sığorta” Şirkətinin Baş Satış Mərkəzinin direktoru vəzifəsini icra edəcək.
Qeyd edək ki, bir müddət əvvəl “Günay Sığorta” şirkətinin Biznesin İnkişafı Blokunun rəhbəri Vüqar İbrahimov da vəzifəsindən ayrılıb.
Əlihüseyn Qasımova “Dövlət Sığorta Şirkəti"ndə vəzifə verildi
15:10
12 May 2018