Bu gündən etibarən “PAŞA Həyat” şirkətinin müştəriləri sığorta haqqı məbləği üzrə ödənişlərini "e-Manat" ödəniş terminalları vasitəsilə də həyata keçirə biləcək.
Şirkətdən FED.az-a verilən məlumata görə, “eManat” vasitəsi ilə aparılan ödənişlər şirkətin bütün həyat sığortası məhsulları üzrə keçərlidir.
Bütün bu kimi işlər “PAŞA Həyat” tərəfindən müştərilərin rahatlığı üçün atılmış növbəti bir addımdır. Gələcəkdə müştərilərin rahatlığını və ən əsası da onların vaxtlarına maksimum qənaət etmələrini nəzərə alaraq bir çox yeniliklər ediləcəkdir.
Qeyd edək ki, hazırda bütün ölkə ərazisində 2100 “eManat” köşkü fəaliyyət göstərir, o cümlədən, Bakı, Abşeron və Sumqayıtda 1390, digər regionlarda isə 710 “eManat” köşkü sizin xidmətinizdədir.
Xatırladaq ki, “PAŞA Həyat” sözügedən sistemlə yanaşı, www.kassam.az, www.izim.az, e-pul.az ödəniş portalları ilə də əməkdaşlıq edir.
Bu şirkətin müştəriləri “eManat”la da ödəniş edə biləcək
10:47
13 Noy 2017