Dövlət Sığorta şirkətinin Bakı Satış Mərkəzinin direktor müavini Tural Poladov işindən uzaqlaşıb. FED.az xəbər verir ki, yeni işi ilə bağlı Tural Poladov şəxsi facebook profilində paylaşım edib.
Yeni təyinatına görə, bundan sonra Tural Poladov "AS Prof Group" da biznesin inkişafı departamentinin direktoru vəzifəsini icra edəcək.
Qeyd edək ki, Tural Poladov Dövlət Sığorta Şirkətindən əvvəl "Günay Sığorta"da çalışıb. O, "Günay Sığorta"dan satış qrupu ilə birgə işdən öz ərizəsi ilə ayrılmışdı.
Bu işçi Dövlət Sığorta Şirkətini tərk etdi
17:56
11 Sen 2018