Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı vəziyyət açıqlanıb. FED.az-ın sorğusuna cavab olaraq İcbari Sığorta Bürosundan (İSB) verilən məlumata görə, 2019-cu ilin yanvar-mart ayları ərzində ölkədə 25 201 daşınmaz əmlak sığortalanıb. Bundan sığorta şirkətlərinə 8 milyon 980 min 577 manat sığorta haqqı daxil olub.
Sığortalanan əmlakların 16 082 və ya 64%-i yaşayış evləri və mənzillər olub. Bu əmlakların sığortalanmasından 670 730 manat sığorta haqqı yığılıb. Bir mənzilin sığortalanması orta hesabla 42 manat ödənilib.
Sığortalanan daşınmaz əmlakların 9 064-ü və ya 36%-i digər binalar, yəni kommersiya obyektləridir. Onların sığortalanmasından 8 milyon 267 min 179 manat sığorta haqqı yığılıb. Başqa sözlə bir obyektin sığortalanması orta hesabla 912 manata başa gəlib.
İlk 3 ay ərzində sığortalanan əmlaklardan 55-i inzibati binalar olub. Onların sığorlanması ümumilikdə 42 668 manata, yəni hər bina orta hesabla 776 manata sığortalanıb.
Birinci rübdə sığortalanan daşınmaz əmlakların yarısı Bakı şəhərində, digər yarısı ölkənin digər rayon və şəhərlərində yerləşsə də, yığılan sığorta haqlarının 74%-i və ya 6,6 milyon manatı Bakıda toplanıb. Paytaxtda sığortalanan hər əmlaka görə orta hesabla 550 manat sığorta haqqı toplanıb.
Regionlarda isə cəmi 2,3 milyon manat və ya ümumi məbləğin 26%-i toplanıb. Bölgələrdə sığortalanan hər əmlaka görə, orta hesabla 190 manat sığorta haqqı ödənilib.
Daşınmaz əmlakın icbari sığortası |
Sığorta müqavilələrinin sayı |
Sığorta haqları, AZN |
İnzibati binalar |
55 |
42 668 |
Yaşayış evləri və mənzillər |
16 082 |
670 730 |
Digər binalar |
9 064 |
8 267 179 |
Bağlanmış sığorta müqavilələrinin qeydiyyatda olduğu ərazilər üzrə bölgüsü |
||
Bakı |
12 876 |
6 635 087 |
Digər rayon və şəhər |
12 325 |
2 345 490 |
|
|
|
Cəmi |
25 201 |
8 980 577 |