FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ilin yanvar-fevral ayları üzrə açıqladığı hesabata görə, sığorta bazarında ən az yığımı olan şirkətlər “Naxçıvansığorta”, “Amrah Sığorta”, "Bakı Sığorta”, “Günay Sığorta” və “Rəvan Sığorta"dır.
Bu şirkətlərin toplam yığımlarının həcmi 1,1 mln. manat həddinə belə çatmayıb. Sözügedən sığorta şirkətlərinin yığımlarının xüsusi çəkisi bazar üzrə toplanan ümumi sığorta haqqı məbləğində 0,8-% təşkil edib.
Aşağıdakı cədvəldə şirkətlərin topladığı yığımların həcmi ilə tanış ola bilərsiniz
Şirkətin adı |
Yığımlar (AZN) |
“Naxçıvansığorta” | 35 600 |
“Amrah Sığorta” | 60 600 |
Bakı Sığorta” | 120 500 |
“Günay Sığorta” | 384 900 |
“Rəvan Sığorta” | 424 600 |