FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta bazarı üzrə 2018-ci ilin yanvar-dekabr ayları üzrə açıqladığı hesabatda bəzi sığorta şirkətlərinin məcmu yığımlarının həcmi heç 1 mln. manat həcminə belə çatmayıb.
Cədvəldə qeyd olunan şirkətlərin toplam yığımlarının həcmi 3 789 800 manat təşkil edib ki, bu rəqəm heç 4 mln. manat həddinə belə yaxınlaşmır.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı rəqəmlər əsasında həmin şirkətlərin siyahısını təqdim edir.
Şirkətin adı | Sığorta yığımları (2018 yanvar-dekabr) |
Rəvan sığorta | 1 758 900 manat |
Bakı sığorta | 1 024 500 manat |
Amrahsığorta | 743 700 manat |
Naxçıvan sığorta | 262 700 manat |