1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin avqustun 20-də qəbul etdiyi qərarla “Başak İnam” Sığorta Şirkəti ASC məcburi ləğvetmədən könüllü ləğvetməyə keçib.
FED.az xəbər verir ki, buna səbəb sığortaçının maliyyə vəziyyətinin öhdəliklərini yerinə yetirməyə imkan verməsidir.
Beləliklə, noyabrın 12-dən “Başak İnam”ın könüllü ləğv edilməsinə başlanılıb. Bununla da, Maliyyə Bazarlarına Nəzarət Palatasının təyin etdiyi müvəqqəti inzibatı sığorta şirkətində işini yekunlaşdırıb və işləri Ləğvetmə Komissiyasına təhvil verib.
Eləcə də bax: İcbari tibbi sığorta üzrə sığortaolunanlar müəyyənləşdi - SİYAHI