2018-ci ildə «Azsığorta» şirkəti öz tarixində ən böyük ödənişi həyata keçirib. FED.az xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Anar Talıbov bildirib. Onun sözlərinə görə, ötən il şirkətin ən böyük ödənişi əmlakın könüllü sığortası üzrə ödənilib və 922 min manat təşkil edib.
Ödəniş Bakıda baş verən əmlakın yanğın hadisəsi üzrə ödənilib. İndiyədək açıqlanan məlumatları nəzərə aldıqda, bu ölkə üzrə ən böyük ödənişdir.