“AzRe Təkrarsığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının son iclasında Cəmiyyətin rəhbər heyətindəki dəyişikliklərlə bağlı müvafiq qərarlar təsdiqlənib.
Səhmdarların yekun qərarına əsasən, Fuad Quliyev “AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasının sədri, Vüsal Abbasov isə İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. F.Quliyev yeni vəzifəsində Vəliəhd Səfərovu əvəz edib.
Bununla yanaşı, İvan Samsonov şirkətin İdarə Heyətinin üzvü seçilib. Təsdiq olunmuş yeni rəhbərlər 03 yanvar 2019-cu il tarixindən etibarən yeni vəzifələrinin icrasına başlayıb.
Qeyd edək ki, dəyişikliklərlə bağlı müvafiq məlumatlar Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilmişdir.
Xatırladaq ki, yeni təyinatdan əvvəl F.Quliyev “AzRe”nin İdarə Heyətinin sədri, V.Abbasov isə İdarə Heyətinin sədr müavini vəzifəsini icra ediblər.
Ölkənin yeganə təkrarsığorta şirkəti olan "AzRe Təkrarsığorta” ASC 2007-ci ildə yaradılıb. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 50 mln. manat təşkil edir.
“AzRe Təkrarsığorta”nın rəhbərliyində əsaslı dəyişiklik edilib
15:24
7 Yan 2019