2024-cü ildə Azərbaycanın sığorta şirkətləri 1 milyard 304 milyon 888,6 min manat investisiya gəliri əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu illik müqayisədə 159 milyon 399,8 min manat (13,9%) çoxdur.
2023-cü ildə Azərbaycanın sığorta şirkətləri 1 milyard 145 milyon 488,8 min investisiya gəliri əldə edib.