2024-cü ildə Azərbaycanın sığorta şirkətləri 114 milyon 917,4 min manat investisiya gəliri əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu illik müqayisədə 30 milyon 979,7 min manat (36,9%) çoxdur.
2023-cü ildə Azərbaycanın sığorta şirkətləri 83 milyon 937,7 min manat investisiya gəliri əldə edib.