Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Azərbaycanın sığorta bazarı üzrə yeni göstəriciləri açıqlayıb.
FED.az Palataya istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 132.8 mln. manat məbləğində sığorta haqları toplanıb, 33.1 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
2018-ci ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 2% artıb, sığorta ödənişləri isə 18,3% azalıb.
Könüllü sığorta bazarı üzrə haqlar 103.9 mln. manat, ödənişlər isə 21.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 28.9 mln. manat, ödənişlər isə 11.8 mln. manat olub.
2019-cu ilin yanvar-fevral aylarında sektor üzrə məcmu sığorta haqlarının 78.2%-i könüllü, 21.8%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 64.4%-i könüllü, 35.6%-i icbari sığorta növləri hesabına formalaşıb.
Azərbaycanın sığorta bazarı cüzi artıb – RƏQƏMLƏR AÇIQLANDI
13:15
5 Aprel 2019