Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 668 milyon 926 min manat məbləğində sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 391,454 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,2 % çoxdur.
2020-cu ilin yanvar-noyabr aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,5 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-oktyabr aylarında bu göstərici 41 manat olub.
“Report”