Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 875,132 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Sığorta şirkətlərinin qarşısında - YENİ TƏLƏB QOYULACAQ
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,953 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 6,7 % azdır.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub. (Report)