Azərbaycanda son bir ildə “işçilərin dələduzluğu sığortası” növü üzrə toplanan sığorta haqlarının həcmində kəskin azalma olub.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ilin yanvar-may ayı üzrə açıqladığı rəqəmlər əsasında hazırladığı hesabata əsasən, bu sığorta növü üzrə yığımlar son bir illə müqayisədə 8,1 dəfə azalıb.
Belə ki, cari ilin yanvar-may aylarında sığorta şirkətləri tərəfindən bu sığorta növü üzrə 63 600 manat sığorta haqqı toplanmışdırsa, 2017-ci ilin analoji dövründə bu rəqəm 514 137 manat təşkil etmişdi. Rəqəmlərdən aydın olur ki, son bir ildə bu növ üzrə 450 537 manat və ya 8,1 dəfə azalma olub.
Qeyd edək ki, cari ilin ilk 5 ayında “işçilərin dələduzluğu sığortası” üzrə ödəniş həyata keçirlməyib. Ötən ilin bu dövründə isə işçilərin dələduzluq halları çox olduğu üçün şirkətlər tərəfindən 1 719 220 manat sığorta ödənişi verilib.
Azərbaycandakı şirkətlərdə dələduzların sayı azalıb
12:49
26 İyun 2018