Azərbaycanda könüllü sığortalar üzrə qarantiya mexanzminin yaradılması nəzərdə tutulur. FED.az xəbər verir ki, Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta nəzarəti departamentinin direktoru Firdovsi Ağaşirinov bildirib.
Onun sözlərinə görə, Maliyyə Palatası könüllü sığortalar üzrə qarantiya mezanizminin yaradılması üçün işlərə başlayıb. Söhbət könüllü sığorta şirkətinin müflis olduğu təqdirdə müştərilərin hüquqlarının qorunmasından gedir.
Qeyd edək ki, icbari sığortalar üzrə belə mexanzm var. Sığorta şirkəti müslis olarsa, onun öhəlikləri İcbari Sığorta Bürosuna keçəcək.