Azərbaycanda könüllü sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 410 milyon 401 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 68 milyon 547 min manat və ya 20% çoxdur.
Ötən ilin yanvar-aprel aylarında bu göstərici 341 milyon 854 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 167 milyon 184 min manat təşkil edib ki, bu da illik müqayisədə 64 milyon 682 min manat və ya 63% çoxdur.
Ötən ilin eyni dövründə 102 milyon 502 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 40,7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 10,8% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 30% təşkil edib.