Azərbaycanda 2018-ci ilin yanvar-iyun ayları üzrə hər 100 manat sığorta haqqına görə 30 manat sığorta ödənişi həyata keçirilib.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının cari ilin 6 ayı üzrə açıqladığı hesabatlarına istinadən xəbər verir ki, ən çox ödəniş tibbi sığorta sahəsinə verilib və bu ümumi ödənişlərdə 54,81% təşkil edib. Növbəti ən çox sığorta ödənişi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsinə verilib ki, bu göstərici də 54,07% olub.
Bundan başqa, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə ödəniş 38,93%, həyatın yaşam sığortası üzrə isə 36,79%-ə çatıb.
Hava nəqliyyatı vastələri sahiblərinin mülki məsuliyyətinin sığortası və xaricə səfər edən vətəndaşların sığorta ödənişi təxminən 28% təşkil edib.
Ən az sığorta ödənişi isə məhkəmə və hüquq - mühafizə işçilərinin dövlət icbari şəxsi sığortası, icbari həyat sığortası, fərdi qəza və xəstəlik sığortası üzrə ödəniş təxminən 9% olub.
Ümumi ödənişlərdə həyatın ölüm halından sığortalanması və işəgötürənin məsuliyyət sığortasının payı 3%-ə yaxın olub. Əmlakın yanğından və digər risklərdən sığortalanması növü üzrə bu göstərici 1,50% təşkil edib.
Qeyd edək ki, sözügedən dövr ərzində bəzi sığorta növləri vardır ki, bu növlər üzrə həyata keçirilən sığorta ödənişlərinin həcmi sıfıra bərabər olub.
Bu sığorta növlərinə gəmi vastələrinin sahiblərinin, yük daşıyanın mülki məsuliyətinin sığortası, dəmiryol nəqliyyat vastələrinin sığortası, əmlakın sığortası ilə bağlı digər siniflər, kredit sığortası, qarışıq maliyyə risklərinin sığortası, sərnişinlərin icbari fərdi sığortası və digər icbari sığorta növləri, əmək qabiliyyətinin sığortası, sağalmaz xəstəliklərin sığortasını nümunə göstərmək olar.
Azərbaycanda hər 100 manat yığıma 30 manat sığorta ödənişi verilib
15:26
18 İyul 2018