2025-ci ilin müvafiq dövrünün yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin həcmi açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə ölkə üzrə sığorta şirkətlərinin cəmi ödənişləri 844 milyon 833 min manat təşkil edib.
Renkinqə "Paşa Həyat Sığorta" ASC başçılıq edir. Şirkətin ödənişləri 521 milyon 122 min manat olub ki, bu da bazarın yarısından çoxunu təşkil edir.
İkinci yerdə "Paşa Sığorta" ASC qərarlaşıb – şirkət tərəfindən 126 milyon 496 min manat ödəniş həyata keçirilib.
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC 63 milyon 317 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Atəşgah" Sığorta Şirkəti ASC-də isə ödənişlər 37 milyon 10 min manat olub və dördüncü olub.
Digər sığorta şirkətlərinin göstəriciləri aşağıdakı kimidir:
"Qala Sığorta" ASC-də 24 milyon 175 min manat, "Meqa Sığorta" ASC-də 14 milyon 595 min manat ödəniş qeydə alınıb.
"Azərbaycan Sənaye Sığorta" ASC 11 milyon 442 min manat, "A-Qroup Sığorta Şirkəti" ASC isə 10 milyon 565 min manat nəticə göstərib.
"Xalq Sığorta" ASC 9 milyon 841 min manat, "Aqrar Sığorta" ASC 8 milyon 16 min manat ödənişlə siyahıda yer alıb.
Siyahının son pillələrini "AtaSığorta" ASC (5 milyon 261 min manat), "Xalq Həyat" Sığorta Şirkəti ASC (4 milyon 376 min manat) və "Meqa Həyat Sığorta" ASC (4 milyon 339 min manat) tamamlayır.
Ən az ödənişlər isə "Qala Həyat" Sığorta Şirkəti ASC (2 milyon 535 min manat), "AzSığorta" ASC (1 milyon 516 min manat) və "İpək Yolu Sığorta" ASC-də (227 min manat) qeydə alınıb.












