Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Midstream Operations” MMC (SMO) və Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin istismar şərtlərini müəyyən edən sənəd imzalanıb.
Azərbaycan 12 ölkəyə qaz satır - İLHAM ƏLİYEV AÇIQLADI
FED.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, tərəflər arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsi, o cümlədən Supsa Neft Terminalı və əlaqəli infrastrukturun istismar şərtlərini tənzimləyən Əməliyyat Sazişi üzrə Əsas Şərtlər razılaşdırılıb.













