Menecmentin idarəçiliyi ürəkaçan deyil...
“Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin 2025-ci il üzrə maliyyə göstəriciləri açıqlanıb.
FED.AZ biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il MMC-nin broker komissiyası 7 milyon 828 min manat olub. Bu, 2024-cü illə müqayisədə 29 milyon 950 min manat və ya 4,8 dəfə azalma deməkdir.
Eyni zamanda şirkətin əməliyyat xərcləri də 29 milyon 412 manat (14,3 dəfə) azalaraq 2 milyon 208 min manata düşüb. Ötən il şirkətin ümumi mənfəəti 5 milyon 620 min manat olub ki, bu da, illik müqayisədə 538 min manat (8,7%) azdır.
Ötən il şirkətin vergi ödənişi 65 min manat (5,1%) azalaraq 1 milyon 217 min manata düşüb. Nəticədə MMC ötən ili 4 milyon 745 min manat xalis mənfəətlə başa vurub. Bu da, 2024-cü ilə nəzərən 151 min manat (3,1%) azdır.
2025-ci ilin sonunda MMC-nin cəmi aktivləri 299,2 milyon manat manat olub. Bu, əvvəlki illə müqaysədə 256,5 milyon manat (7 dəfə) çoxdur.
Eyni zamanda ötən il şirkətin öhdəliklərinin həcmi də 254,9 milyon manat və ya 7,5 dəfə artaraq 294,3 milyon manata yüksəlib.
Nəticədə “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin cəmi kapitalı 2025-ci ilin sonuna 4 milyon 860 min manat olub. Bu da, 2024-cü ildəki göstəricidən 1 milyon 651 min manat (53,1%) çoxdur.







![2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - [red]ŞİRKƏT GERİLƏYİR [/red] | FED.az](upload/news/small/3928465.jpg)
![2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - [red]ŞİRKƏT GERİLƏYİR [/red] | FED.az](upload/news/small/1272224.jpg)








