Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 445 min 537 ton buğda gətirilib. Bu 2025-ci ilin eyni dövrünə nisbətən 26 min 432 ton və ya 6,3% artıqdır.
Azərbaycan xaricdən 58 milyon dollarlıq buğda alıb
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə ölkəyə xaricdən 419 min 105 ton buğda idxal edilmişdi.
Buğda idxalında artımla yanaşı, qiymət də bahalaşıb. Belə ki, ötən ilin yanvar-aprel ayında buğda idxalına 90,5 milyon dollar xərc çəkilmişdisə, bu il bu rəqəm 99,6 milyon dollara bərabər olub. Yəni buğda idxalına çəkilən xərc 9,1 milyon dollar (10%) artıb.
Bu ilin ilk dörd ayında idxal edilmiş buğdanın 1 tonu üçün orta qiyməti 223,6 dollar (380,1 manat) olub. Yəni idxal edilən buğdanan 1 kiloqramının idxal qiyməti qiyməti 38,1 qəpik təşkil edib. Ötən il isə bu qiymət 216 dollar (367,2 manat) idi – 1 kiloqramın qiyməti 36,7 qəpik.
Başqa sözlə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında idxal olunmuş buğdanın bir tonu üçün orta qiyməti 7,6 dollar (12,9 manat) – təqribən 3% bahalaşıb.
Qeyd edək ki, buğda idxalı Azərbaycanın ümumi idxalında 1,8% yer tutur.














