Azərbaycanın xaricdən aldığı gübrənin qiymətində ciddi artım baş verib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 37 milyon 605 min dollar dəyərində 59 min 7 ton gübrə idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gübrə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 12 min 358 ton (17,3%) azalıb, dəyər ifadəsi ilə 4 milyon 97 min dollar (12,2%) artıb.
“Bəzi gübrələr 60% bahalaşıb” - İrandakı müharibə Azərbaycanda – GÜBRƏNİN QİYMƏTİNİ ARTIRDI
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə xaricdən Azərbaycana 33 milyon 508 min dollar dəyərində 71 min 365 ton gübrə idxal edilmişdi.
Bu ilin ilk dörd ayında ölkəyə idxal edilmiş gübrənin 1 tonu üçün orta idxal qiyməti 637 dollar (1 083 manat) olub. Bu, 2025-ci ilin eyni dövründəki idxal qiymətindən 167,8 dollar 285,3 manat və ya 35,7% bahadır.
Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunmuş gübrənin 1 tonu üçün orta idxal qiyməti 469 dollar (798 manat) olmuşdu.
Xatırladaq ki, İnrandakı müharibə və Hörmüz boğazındakı vəziyyətlə əlaqədar olaraq Azərbaycana gətirilən bəzi gübrələrin qiyməti kəskin artıb.













