Azərbaycan Sənaye Sığorta Şirkəti Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Əhalinin maliyyə savadlılığının artırılması üzrə 2026-cı il fəaliyyət planı” çərçivəsində, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının, Şəki Dövlət Regional Kollecinin və Şəki Tibb Kollecinin tələbələrinin iştirakı ilə maliyyə savadlılığına həsr olunmuş maarifləndirici tədbir keçirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı və Azərbaycan Sənaye Sığorta Şirkətinin İdarə Heyətinin sədri İlkin Mirzəyev çıxış edərək şəxsi büdcənin idarə olunması, qənaət vərdişlərinin formalaşdırılması, eləcə də xərclərin prioritetləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Həmçinin iştirakçılara “istək” və “ehtiyac” anlayışları arasındakı fərq, düzgün maliyyə planlaması, gündəlik maliyyə davranışları və rəqəmsal ödəniş təhlükəsizliyi ilə bağlı təqdimat nümayiş etdirilib. Tədbir interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib. İnteraktiv hissədə xüsusi fəallığı ilə seçilən tələbələrə hədiyyələr təqdim olunub. Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, həyata keçirilən bu kimi təşəbbüslər cəmiyyətdə maliyyə savadlılığının artırılması və gənclərin daha məsuliyyətli maliyyə davranışlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.







![Azərbaycan Sənaye Sığorta Şirkəti tərəfindən Şəkidə maliyyə savadlılığı tədbiri təşkil olunub - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3401875.jpeg)
![Azərbaycan Sənaye Sığorta Şirkəti tərəfindən Şəkidə maliyyə savadlılığı tədbiri təşkil olunub - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1283379.jpeg)
![Azərbaycan Sənaye Sığorta Şirkəti tərəfindən Şəkidə maliyyə savadlılığı tədbiri təşkil olunub - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4809729.jpeg)
![Azərbaycan Sənaye Sığorta Şirkəti tərəfindən Şəkidə maliyyə savadlılığı tədbiri təşkil olunub - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4687006.jpeg)








