Bu ilin ilk dörd ayında Azərbaycana xarici ölkələrdən 37,3 milyon dollar dəyərində 15 min 531 ton ət gətirilib.
Azərbaycana xaricdən gətirilən meyvə-tərəvəz - BAHALAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1 131 ton (6,8%) azalıb, dəyər ifadəsi ilə 3 milyon 283 min dollar (9,7%) artıb.
Xatırladaq ki, 2025-ci ilin ilk dörd ayında Azərbaycana 34 milyon dollar dəyərində 16 min 662 ton ət idxal edilib.
Bu ilin yanvar-aprel ayında ölkəyə gətirilən ətin bir kiloqramı üçün orta idxal qiyməti 2,4 dollar (4,1 manat) olub. Bu da, əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,35 dollar (60 qəpik) və ya 17,1% bahalaşma deməkdir.
Qeyd edək ki, ötən ilin yanvar-aprel ayında ölkəyə idxal olunmuş ətin bir kilqramı üçün orta qiyməti 2,05 dollar (3,5 manat) olmuşdu.
Xatırladaq ki, hazırda ölkə daxilində yerli ətin 1 kiloqramının qiyməti rəsmi məlumata görə 16-17 manat, müşahidələrə görə isə 20-22 manatdır.














