26 may tarixindən etibarən Baku ilə Tbilisi arasında gündəlik sərnişin qatar əlaqəsi altı illik fasilədən sonra bərpa olunacaq.
Bakı-Tbilisi-Bakı qatarı 28 maydan - AÇILACAQ?
FED.az xəbər verir ki, yerli və Gürcüstan mətbuatınən yaydəğə məlumata görə, bu barədə Gürcüstan Hökuməti Administrasiyası məlumat verib.
Qərar Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü nəticəsində qəbul edilib. Görüş zamanı tərəflər strateji tərəfdaşlığı və əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Danışıqların nəticəsi olaraq ikitərəfli koordinasiya Şurasının protokolu imzalanıb. Sənəd xüsusilə Bakı — Tbilisi — Qars yeni dəmir yolu hissəsinin tam istifadəyə verilməsini nəzərdə tutur, lakin onun istifadəyə verilmə tarixi ayrıca qeyd olunmayıb.













