“Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC bu dəfə Qərbi Kaspi Universitetində sığorta sahəsində maarifləndirici təlimə başlamışdır.
Qərbi Kaspi Universiteti ilə birgə təşkil olunan bu tədbirdə universitetin tələbələri ilə yanaşı xarici qonaqlar da iştirak edərək, şirkətimizin məhsulları, sığorta bazarının real imkanları və bu sahədə mövcud karyera imkanları barədə geniş məlumat təqdim olunmuşdur.
Görüşün ənənəvi məqsədi tələbələrin sığorta sahəsində marağını gücləndirmək və gələcək karyera imkanları barədə maariflənmək olub.
Çox maraqlı müzakirələrlə davam edən təlimin sonunda isə seçilən tələbələrə sertifikatlar təqdim edilmişdir.







![Meqa Sığorta Qrupu ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq uğurla - [red]DAVAM ETDİRİLİR[/red] | FED.az](upload/news/small/760119.jpeg)
![Meqa Sığorta Qrupu ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq uğurla - [red]DAVAM ETDİRİLİR[/red] | FED.az](upload/news/small/1265735.jpeg)
![Meqa Sığorta Qrupu ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq uğurla - [red]DAVAM ETDİRİLİR[/red] | FED.az](upload/news/small/4170916.jpeg)








