Şuşada daha 3 yaşayış kompleksinin tikintisinə başlanılıb.
Şuşada yeni binaları bu şirkət tikəcək – 37 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
FED.az xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, şəhərin baş planına əsasən, bərpa quruculuq işləri həyata keçirilir:
"Bu gün Şuşada 1400 nəfərə yaxın keçmiş məcburi köçkün yaşayır. Yəni bu say 2024-cü ilin may ayından indiyə qədərki dövrü əhatə edir. Daha 3 yaşayış kompleksinin tikintisi başlayıb. Komplekslər ümumi 43 binadan ibarətdir". (Report)













