Dünən müşahidə olunan leysan yağışlar bir daha təsdiq etdi ki, təbiət hadisələrinə qarşı hazırlıqlı olmaq mütləqdir. Çünki leysan nəticəsində yaranan subasmalar həm həyət, həm də bina evlərinə yenidən maddi ziyan vurub.
FED.AZ xəbər verir ki, bu hallarda sığorta şirkətləri yalnız evini əvvəlcədən sığortalamış şəxslərin xərcini ödəyəcək. Sığortası olmayanlar isə dəyən zərəri özləri ödəməli olacaq.
Evini sığortalamayanların nəzərinə çatdıraq ki, Bakı şəhəri üzrə icbari ev sığortasının illik qiyməti cəmi 50 manat, regionlarda isə 30 manatdan başlayır.
Daha yüksək ödəniş almaq istəyənlər üçün könüllü əmlak sığortası daha sərfəlidir. Könüllü sığortada sizə zərər üçün ödəniləcək məbləğ 150 000 manat ola bilər. İllik ödəniş isə cəmi 79 manatdan başlayır.
Evinizi indi sığortalamaq üçün aşağıdakı linklərə keçib müraciət edə bilərsiniz:
İcbari əmlak sığortası üçün KLİK edin.
PAŞA Sığorta ilə könüllü əmlak sığortası üçün (150 000 AZN-dək təminat verir) KLİK edin.















