Bu il yanvarın 1-nə olan vəziyyətə görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 3-nün balans kapitalı nizamnamə kapitalından azdır.
FED.az xəbər verir ki, bu, araşdırma nəticəsində məlum olub.
Həmin şirkətlər "Standard Insurance" Sığorta Şirkəti, "Atasığorta" və "AXA MBask" Sığorta Şirkəti ASC-lərdir. Başqa sözlə, həmin şirkətlər fəaliyyətdə olduqları müddətdə nizamnamə fondlarına qoyulmuş kapitaldan "yeyiblər". Qalan 17 şirkət isə kapitalını artırmağı bacarıb.
Sığorta şirkətlərinin kapitalındakı azalma və artım müxtəlif məbləğlərdə olub.
№ |
Sığorta şirkətinin adı |
Şirkətin balans kapitalı ilənizamnamə kapitalının fərqi(milyon manatla) |
1 |
PAŞA Sığorta |
24,997 |
2 |
PAŞA Həyat Sığorta |
21,354 |
3 |
Azsığorta |
14,101 |
4 |
Atəşgah Həyat Sığorta |
12,360 |
5 |
Meqa Sığorta |
9,343 |
6 |
Qala Həyat Sığorta |
7,826 |
7 |
İpək Yolu Sığorta |
7,477 |
8 |
Atəşgah Sığorta |
6,943 |
9 |
Azərsığorta |
6,061 |
10 |
A-Qrup Sığorta |
3,106 |
11 |
Rəvan Sığorta |
3,792 |
12 |
Xalq Sığorta |
2,283 |
13 |
Azərbaycan Sənaye Sığorta |
0,522 |
14 |
Amrah Sığorta |
0,452 |
15 |
Qala Sığorta |
0,355 |
16 |
Baku Sığorta |
0,353 |
17 |
Günay Sığorta |
0,190 |
18 |
AXA Mbask |
-1,036 |
19 |
Atasığorta |
-5,493 |
20 |
Standard Insurance |
-5,753 |
21 |
Naxçıvan Sığorta |
Açıqlamayıb |
|
Cəmi |
109,232 |