Azərbaycanın ən çox güvənilən sığorta şirkətlərindən biri olmaqla 22 ildir xalqımıza xidmət göstərməkdən duyduğumuz qürur hissi sonsuzdur.
FED.az xəbər verir ki, “Azərbaycan Sənaye Sığorta” ASC 1996-ci il tarixində qeydiyyatdan keçmiş “Cİ Sığorta” MMC-nin təşkilatı-hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılmışdır və onun hüquqi varisidir. 12 mart 2007-ci il tarixində Cəmiyyət adını “Azərbaycan Sənayə Sığorta” MMC olaraq dəyişdirilmişdir.
Cəmiyyətin məqsədləri və dəyərləri əsasında yüksək keyfiyyətli və operativ xidmət göstərmək, sığorta sektoruna olan inamın artırılmasına dəstək olmaq, müştərilərimizi və əməkdaşlarımızı məmnun etmək, ədalət və düzgünlük prinsipi durur. Bakı ilə yanaşı, bir çox şəhərlərdə nümayəndəlikləri mövcud olan şirkətimiz, hüquqi və fiziki şəxslərə 29 könüllü və 4 icbari növ üzrə operativ sığorta xidmətləri təklif edir.
“Azərbaycan Sənaye Sığorta” ASC fəaliyyətinin 22 ili ərzində dəqiq, şəffaf və uğurlu strategiyanın tətbiqi nəticəsində ölkənin sığorta sektorunda güclü maliyyə dayanıqlılığı ilə seçilən, həmçinin göstərdiyi yüksək səviyyəli xidmətlərinə görə müştəri məmnuniyyəti və ictimaiyyət arasında etibarlı sığorta imicini qazanan maliyyə qurumuna çevrilmişdir. “Azərbaycan Sənaye Sığorta” ASC yalnız maliyyə sahəsindəki uğurları ilə deyil, həmçinin sosial layihələrin təşkilinə böyük önəm verir.
Yerli sığorta sektorunda örnək göstəriləcək şirkət gücünə sahib olduğumuzun təstiqi 2016-cı ildə Global Brands Magazine tərəfindən “Best Non-Life Insurance Company-Azerbaijan 2016”, “Best Non-Life Insurance Company-Azerbaijan 2017”, “Most Trusted Insurance Brand - Azerbaijan 2018”, Finans Digest Magazine tərəfindən “Brand of Business Excellence-Azerbaijan 2016” və 2017-ci ildə Azərbaycan Sənaye Sığorta ASC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Şəffaf Vergi Partnyorluğu” beynəlxalq və yerli mükafatlara layiq görülməyimizdir.
Uğurumuzun əsası Müştəri məmnuniyyətinin təmin edilməsi üzərində qurulub. 22 il ərzində müxtəlif növ sığorta xidmətləri üzrə Azərbaycanın ən iri sığorta ödənişlərinə imza atmışıq. Bunlardan biri, Azərbaycan sığorta tarixinin ən böyük “İnşaat/Montaj Riskləri Sığortası” sığorta ödənişidir. Ödənişin ümumi həcmi 4 900 000 AZN olmuşdur.Şirkətin 2017-ci ildə ən böyük sığorta ödənişi Kənd təsərrüfatı bitkilərinin sığortası növü üzrə 1 318 065 manat həcmində ödəniş olmuşdur. Qeyd edək ki, bu ödəniş sığorta bazarında bu növ üzrə ən böyük sığorta ödənişidir.
Cəmiyyət “İcbari Sığorta Bürosu”, “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlarda üzv qismində təmsil olunur.
2019 ildən “Azərbaycan Sənaye Sığorta” ASC “Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş” şüarı altında öz fəaliyyətini davam etdirəcək.
“Azərbaycan Sənaye Sığorta” ASC 22 il ərzində müvəffəqiyyətlər əldə etməyimizdə iştirak edən hər bir şəxsə dərindən təşəkkür edir və bu dövr ərzində qazandığımız etimadı gələcəkdə də doğruldacağımıza əminliyimizi bildiririk.
“Azərbaycan Sənaye Sığorta”ASC 22 yaşını qeyd edir
13:43
17 Dek 2018