«AXA MBASK» sığorta şirkətinin əməkdaşına “Paşa Sığorta”da vəzifə verilib. FED.az xəbər verir ki, bir müddət əvvəll işindən ayrılmış şirkətin satış üzrə direktoru Əliağa Nağıyev “Paşa Sığorta” şirkətində kommersiya direktoru təyin edilib.
Qeyd edək ki, Ə.Nağıyev «AXA MBASK»da satış siyasətini həyata keçirən məsul şəxlərdən olub. Lakin onun digər satış əməkdaşları kimi özünün sığorta portfeli olmayıb. O sadəcə satış üzə menecer işini icra edib. Görünür, bu baxımdan da “Paşa Sığorta”da Ə.Nağıyevə kommersiya direktoru vəzifəsi təklif edilib.
Qeyd edək ki, AXAMBASK fəaliyyətini kəskin məhdudlaşdırıb. Yanvar ayının əvvəlindən etibarən şirkət əksər sığorta xidmətləri üzrə yeni müqavilələr qəbul etməyi dayandırıb.
«AXA MBASK»ın əməkdaşı “Paşa Sığorta”da fərqli vəzifəyə təyinat alıb
11:04
23 Mart 2019