“Atəşgah Sığorta” ASC-nin sığorta haqları və sığorta ödənişlərində sürətli artım baş verib.
«İpək Yolu Sığorta» şirkətinin ödənişləri – KƏSKİN ARTIB
FED.az biznqes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyul aylarında sığorta şirkəti 33 milyon 211 min manat sığorta haqqı toplayıb ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 12 milyon manat və ya 57% artıqdır.
Xatırladaq ki, ötən ilin eyni dövründə «Atəşgah Sığorta»nın yığımları 21 milyon 200 minr manat olmuşdu.
Şirkətin həyata keçirdiyi sığorta ödənişlərində də artım gözdən qaçmır. Belə ki, “Atəşgah Sığorta” bu ilin 8 ayı ərzində 12 milyon 263 min manat məbləğində ödənişlər edib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisə də 2,7 milyon manat və ya 28% çoxdur. Xatırladaq ki, şirkət 2023-cü ilin yanvar-iyul aylarında müştərilərinə 9,6 milyon manat sığorta ödənişləri etmişdi.