“Atəşgah Sığorta Şirkəti” ASC 2017-ci ili 1 milyon 274 min manat zərər ilə başa vurub. FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il “Atəşgah Sığorta Şirkəti”nin gəlirləri 39 milyon 572 min manat, xərcləri isə 40 milyon 599 min manat təşkil edib.
Gəlirlərin 38 milyon 956 min manatını sığorta haqları, xərclərin isə 17 milyon 399 min manatını sığorta ödənişləri təşkil edib.
2016-cı ilin eyni dövrü ilə müqayisədə şirkət zərərə keçib, çünki həmin il 356,7 min manat xalis mənfəəti olmuşdu.
2016-cı ildə “Atəşgah Sığorta Şirkəti”nin gəlirləri 43 milyon 962 min manat, xərcləri isə 43 milyon 516 min manat təşkil etmişdi