Media Consulting & Services media monitorinq qrupu 2019-cu ilin yanvar ayında sığorta şirkətlərinin media aktivliyi üzrə reytinqini təqdim edib. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
FED.az xəbər verir ki, hesabata əsasən yanvar ayında sığorta sektoru üzrə mediada ən aktiv şirkət “Atəşgah” Sığorta Şirkəti olub. Şirkət 176 xəbərlə reytinqdə birinci yerdə qərarlaşıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 667-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir.