FED.az biznes-maliyyə portalı və “AtaSığorta” ASC-nin birgə həyata keçirdiyi “Regional Filiallarımızı Tanıdaq”adlı layihəsi çəçivəsində növbəti müsahibimiz “AtaSığorta” ASC-nin Göyçay Filialının direktoru Rəşad Qurbanovdur.
Hörmətli Rəşad müəllim, özünüz haqqında qısa məlumat vermənizi xahiş edirik . (təhsil və iş təcrübəsi)
- İlk öncə FED.az saytının rəhbərliyinə və kollektivinə təşəkkür edirəm və işlərində uğurlar arzulayıram. 1996-cı ildə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin Maliyyə və Mühasbat uçotu fakultəsini, 2015-ci ildə isə Gürcüstan Texniki Universitetinin Maliyyə və Mühasibat uçotu fakultəsini bitirmişəm. Sığorta sektorunda fəaliyyətimə 2011-ci ildə “Standart Insurance” şirkətində başlayaraq 2015-ci ildə “Paşa Sığorta” ASC-də davam etdirmişəm. 2017-ci ildən isə “AtaSığorta” ASC-də fəaliyyət göstərirəm.
Göyçay filialı (Göyçay) nə vaxtdan fəaliyyət göstərir (işçi sayı, göstərdiyi xidmətlər) və region əhalisinə daha çox hansı məhsullar təqdim edilir?
-Filial 2017-ci ildən fəaliyyət göstərir. Filialda 11 nəfər əməkdaş çalışır. Ümumiyyətlə şirkətimiz 30 növ - 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təqdim edir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, və s. vardır. Bildiyiniz kimi Regionlarda əsas icbari növlər, könüllü növlərdən isə kasko sığorta, səfər sığortası və yük sığortası kimi məhsulların satışını daha aktiv həyata keçiririk.
Regionda sizin filialınızı digərlərindən fərqləndirən nədir?
-Mənim fikrimcə bizi digərlərindən fərgləndirən cəhət şirkətimizin daha etibarlı olması və müştərilərimizə də bu etibarı hər zaman daha çox yansıtmağımızdır. Hətta müştərilərimiz arasında sorğu keçirilsə məmnun olaram. Çünki Filialımız kifayət qədər hörmət və etibara sahibdir. Biz hər zaman filial olaraq öz komanda gücümüzü göstəririk və müştəri məmnunluğunun artırılması istiqamətində işləri görürük.
Rəşad müəllim, yəqin ki, məhsulların satışı ilə yanaşı filialda sığora hadisələrin tənzimlənməsi işini də həyata keçirirsiniz. İlin əvvəlindən indiyədək ən maraqlı sığorta hadisəsi ilə bağlı məlumat verə bilərsiniz?
-Ən maraqlı sığorta hadisəsi ilə bağlı onu deyə bilərəm ki, bir neçə dəfə yolda təsadüfən sığorta hadisəsi ilə rastlaşmışam. Hansı ki, zərərvuran tərəf başqa sığorta şirkətində sığortalı olduğu halda şirkətimiz tərəfindən avtomobili sığortalanan şəxsi zərərvuran qismində təyin etmək istəyiblər və mən bu yanlışlığı aradan qaldırmaq məqsədilə hərəkətə keçərək müvafiq araşdırmalar aparmaqla hadisəni düzgün tənzimləmişəm.
Müştəri portfelinin daha da genişləndirilməsi istiqamətində region əhalisi arasında hansı maarifləndirmə işlərini həyata keçirirsiniz?
-Bu məqsədlə müxtəlif təhsil müəssisələrində bir neçə dəfə tələbələr arasında və bələdiyyələr arasında ictimai tədbirlərdə aktiv fəaliyyət göstərərək həm şirkətimizi tanıdır, həm də sığorta məhsulları haqqında əhaliyə məlumat veririk. Eyni zamanda sığortaya aid xususi ədəbiyyatı müxtəlif növ məlumat daşıyıcılarında hazırlayaraq təbliğ etmişik.