Azərbaycan sığorta bazarında 23 ildən artıq uğurlu fəaliyyət göstərən "A-Qroup" 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqlayıb.
Şirkətdən FED.az saytına verilən məlumata görə, cri ilin 9 ayının maliyyə hesabatına əsasən sığorta haqlarının həcmi 4 697 708,26 manat təşkil edib ki, bu da ötən ilin müvafiq hesabat dövrü ilə müqayisədə 1 299 014 manat və ya 38% çox olub.
Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi - 4 021 107 manat olmaqla Könüllü Tibbi Sığorta üzrə olmuşdur. KASKO üzrə sığorta haqları 2,5 dəfə artıb və bu da şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.
2018-ci ilin üçüncü rübündə "A-Qroup"un sığortalıları 5 694 958,97 manat məbləğində ödəniş alıblar. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 5 451 868,15 təşkil edib.
Ortalama olaraq "A-Qroup" 2018-ci ilin üç rübündə hər gün müştərilərinə 20 000 AZN məbləğində ödəniş həyata keçirmişdir.
"A-Qroup" dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.
"A-Qroup" sığorta şirkətinin yığımlarında kəskin artım olub - HESABAT
13:01
6 Noy 2018