2018-cı ilin yekunlarına görə "A-Qroup" Sığorta şirkəti 60 onkoloji xəstənin müalicə xərclərini ödəmişdir.
Şirkətdən FED.az saytına verilən məlumata görə, xəstliyin ilkin mərhələlərində diaqnostikanın, ixtisaslı tibbi yardımın göstərilməsi və cəld maliyyə köməyinin olması halında qoyulmuş qorxunc diaqnozdan sonra belə yaşamaq şansı kifayət qədər böyükdür.
"A-Qroup" öz sığortalılarına maliyyə köməyi göstərərkən məhz bunu rəhbər tutur. Sığortalılar Azərbaycanın və Türkiyə,Rusiya, Almaniya, İsrail və başqa ölkələrin ən yaxşı klinikalarında müayinə və müalicə olunub.
A-Qroup onların hamısının tezliklə sağalmasını arzu edir və yaddan çıxartmaq da lazım deyil ki, onkoloqiya - hökm deyil və onun müvəffəqiyyətli müalicəsinə həmişə şans var.
Xatırlatmaq istərdik ki, "A-Qroup" sığorta 23 ildən artıq öz müştərilərinin qayğısına qalan və onları dünya standartlarına cavab verən ixtisaslaşmış xidmətlə təmin edən yeganə şirkət olaraq qalmaqdadır.
"A-QROUP" 60 onkoloji xəstənin müalicə xərclərini ödəyib
16:22
8 Yan 2019