Azərbaycanın sığorta sektoru 2025-ci ilin yanvar-aprel aylarında ciddi irəliləyişlər əldə etmiş və bazarda dinamik inkişaf müşahidə olunub.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, sığrota şirkətləri 4 ay ərzində ümumilikdə 588 milyon 466 min manat sığorta haqqı toplayıb.
Bu dövrdə sığorta haqlarının toplanması baxımından lider mövqeni “Paşa Həyat Sığorta” ASC qoruyaraq, 281 milyon 911 min manat məbləğində göstərici ilə bazarda üstünlük təşkil edib.
İkinci pillədə “Paşa Sığorta” ASC 135 milyon 457 min manat sığorta haqqı ilə izləyir.
Üçüncü yeri “Qala Sığorta” ASC 41 milyon 071 min manat, dördüncü yeri isə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 38 milyon 288 min manat ilə tutub. Bu şirkətlər həyat və qeyri-həyat sığortaları sahəsində güclü mövqeyə malikdir və müştərilərinə geniş çeşiddə xidmətlər təqdim edir.
Digər şirkətlər arasında “Atəşgah” Sığorta Şirkəti ASC 20 milyon 262 min manat, “Azərbaycan Sənaye Sığorta” ASC 11 milyon 024 min manat yığım əldə edib.
Bundan başqa “Meqa Sığorta” ASC 10 milyon 158 min manat, “Xalq Sığorta” ASC 9 milyon 742 min manat, “Qala Həyat” Sığorta Şirkəti ASC 9 milyon 517 min manat və “Aqrar Sığorta” ASC 9 milyon 405 min manat toplayıb.