“AzerGold” QSC tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə Daşkəsən rayonunda qeydiyyatda olan Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər ziyarət edilib.
Ziyarətin məqsədi müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin və sağlamlığını itirmiş vətəndaşlarımızın daim diqqətdə saxlanılması, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimizin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.
Zəfər Günü ərəfəsində təşkil edilən ziyarət zamanı şəhid ailələri və qazilərə müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla, QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsinə xidmət edir.