“Şuşa yenidən təkcə Azərbaycanda deyil, bütün Qafqazda yaradıcı sənayenin mərkəzinə çevriləcək”.
Eləcə də bax: Şuşa bizdədir!!!
FED.az xəbər verir ki, bu sözləri Şuşanın azad olunması münasibətilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
SİF işğaldan azad edilən ərazilərdə - Sahibkarlığı Maliyyələşdirmək Niyyətindədir
Onun sözlərinə görə, yaradıcı və mədəniyyət sənayeləri dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir: “Yaradıcı sektor iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya sahələrini birləşdirən sənaye növüdür. Beynəlxalq kateqoriya və təsnifatlandırmaya əsasən yadacıcı sənaye sahələrinə musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, xalçaçılıq, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalardan ibarətdir. Bu mənada Şuşada yaradıcı və mədəniyyət sənayelərinin inkişafı potensialı böyükdür".
Azad edilmiş ərazilərdə kənd təsərrüfatı - Necə İnkişaf Etdiriləcək? - AÇIQLAMA
Vüsal Qasımlının sözlərinə görə Şuşa Qafqazın konservatoriyası şöhrətini özünə qaytara biləcək: “Burada musiqi məktəbləri, konservatoriya, musiqi alətləri sənayesi, “Xarı Bülbül” festivalı da daxil olmaqla müxtəlif musiqi tədbirləri şəhərin şöhrətini özünə qaytaracaq. Şuşada həmçinin turizmin inkişaf potensialı var. Şuşada Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər ziyan görsə də, sürətlə bərpa işləri aparılacaq. Şuşa tarixi, sağlamlıq və mədəni turizm üçün böyük imkanlara malikdir. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü və s. turizm üçün geniş perspektivlər vəd edir. Turşsu şəfalı və müalicəvi suyu isə sağlamlıq turizminin inkişafına gətirib çıxaracaq. Şuşa həm də Qarabağ xalçaçılıq sənətinin mərkəzlərindən biri kimi inkişaf imkanlarına malikdir".
V.Qasımlı sonda deyib ki, digər işğaldan azad olunan ərazilərimiz kimi, Şuşanın da Azərbaycanın tərkibində sürətli inkişafı gözlənilir. Mərhələlərlə, işğaldan azad olunan ərazilərimizdə kommunikasiyalar bərpa olunacaq, yaşayış və iqtisadiyyat canlandırılacaq. Şuşanın işğaldan azad edilməsi isə Azərbaycan dövlətinin, cəmiyyətinin və iqtisadiyyatının intibah dövrünə qəqəm qoyması deməkdir”.