“Ümid” yatağı Azərbaycanın müstəqillik dövründə SOCAR-ın geoloqlarının ən böyük kəşfidir.
FED.az SOCAR-a istinadla xəbər verir ki, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev deyib.
“Olduqca mürəkkəb geoloji strukturda yerləşdiyinə baxmayaraq, qazmaçılarımız bu quyuda bütün təbii maneələrə qalib gəldilər. Müxtəlif texnoloji həlləri ilk dəfə burada tətbiq edərək quyunu 6800 metrdən artıq, şirkət üzrə rekord dərinlikdə tamamlayan qazmaçılarımız SOCAR-ın ən yüksək debitli quyusunu uğurla istismara təhvil verdilər. Bu məhsuldar quyunun potensial hasilatı ildə təqribən 900 milyon kubmetr həcmində qiymətləndirilir”.