Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə ölkəmizdə natrium sianid istehsalı layihəsini müzakirə edilib.
"Dağ-mədən sənayesində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini nəzərdən keçirdik", - Mikayıl Cabbarov bildirib.
Qeyd edək ki, “TYÖ Yatırım” şirkəti avtomobil, inşaat, müdafiə, enerji, kimya, metallurgiya və qida sahələrində fəaliyyət göstərir.