Banner

Sənaye

"Sumqayıt Texnologiyalar Parkı"nın baş direktoru - İSTEFA VERİB

"Sumqayıt Texnologiyalar Parkı"nın baş direktoru - İSTEFA VERİB | FED.az
12:23 10 İyul 2020

"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) baş direktoru Emin Məmmədov tutduğu vəzifədən istefa verib.

Eləcə də bax: «Azqranata» və «Modern Qrup»un daha bir rəhbəri - İSTEFA VERDİ

FED.az xəbər verir ki, onun vəzifəsindən azad edilməsi bağlı ərizəsi artıq təsdiqlənib və iyulun 15-dən sonra işini tərk edəcək. E.Məmmədovun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, o, müxtəlif illərdə Böyük Britaniyanın HSBC bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, eləcə də "Express Bank" ASC-də çalışıb.  (Report)

STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,9 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir və ötən ilin noyabr ayından "PAŞA Holdinq" MMC-nin nəzarətinə keçib.

Digər xəbərlər

Banner