Banner

Sənaye

SOCAR Rusiyanın kəməri ilə neft ixracını - BƏRPA EDƏCƏK

SOCAR Rusiyanın kəməri ilə neft ixracını - BƏRPA EDƏCƏK | FED.az
11:13 29 May 2019

SOCAR şirkəti (ARDNŞ) iyul ayından etibarən Bakı-Novorossiysk neft kəməri ilə neft ixracını bərpa edəcək.

FED.az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov deyib.

“2019-cu il iyul ayından Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin ixracı bərpa olunacaq”, - Nəsirov bu gün jurnalistlərə bildirib.

Eləcə də bax: "Azərpambıq" yenidən qurulacaq - İŞÇİ QÜVVƏSİ ARTIRILACAQ

Eyni zamanda, o iyulda şirkətin “şimal” marşrutu ilə ixrac etməyi planlaşdırdığı neftin həcmini dəqiqləşdirməyib.

2019-cu ilin mart ayında SOCAR Bakı-Novorossiysk boru kəmərində qrafikə uyğun təmir işləri ilə əlaqədar neft ixracını dayandırıb. Müfəttiş və təmir işləri dövründə SOCAR-ın neft həcmləri Ceyhana yönəldiləcək.

Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat verib ki, cari ilin yanvar-aprel aylarında “Transneft” şirkətinin sistemi üzrə Azərbaycandan Novorossiysk limanına 249,71 min ton, o cümlədən apreldə 173 ton neft nəql olunub SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə istinadən verilən məlumata görə, Azərbaycan 2019-cu ildə Bakı-Novorossiysk kəməri ilə 1,5 mln. tona qədər neft nəql edəcək.

Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.

Digər xəbərlər

Banner