Banner

Sənaye

SOCAR-ın Türkiyədəki investisiyaları 19,5 milyard dollara çatacaq

SOCAR-ın Türkiyədəki investisiyaları 19,5 milyard dollara çatacaq | FED.az
15:33 21 May 2019

SOCAR bu vaxtadək Türkiyədəki layihələrinə 15 milyard dollar investisiya yatırıb.

FED.az xəbər verir ki, bu barədə “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter deyib.

O bildirib ki, SOCAR Türkiyədəki investisiyalarına davam edəcək. İlkin mərhələdə şirkətin bu ölkəyə sərmayə qoyuluşu 19,5 milyard dollara çatacaq.

Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

Eləcə də bax: "Petkim" bu il rekord göstəricilərə nail olub

Digər xəbərlər

Banner