2017-ci ildə SOCAR-da çalışan işçilərin sayı əvvəlki illə müqayisədə 1,6% azalıb.
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında məlumat verilib.
Hesabata əsasən, 2017-ci ildə SOCAR-da çalışan işçilərin orta siyahı sayı 50 min 122 nəfər təşkil edib. Bu da 2016-cı ilə nisbətən 811 nəfər azdır. Xatırladaq ki, 2016-cı ildə şirkətin işçilərinin sayı 50 min 933 nəfər olub.
2017-ci il ərzində şirkət üzrə işçilərin orta siyahı sayının azalması SOCAR-ın idarəetmə mexanizminin təkmilləşdirilməsi, onun fəaliyyətinin səmərəliyinin daha da artırılması məqsədilə struktur dəyişiklikərinin həyata keçirilməsi ilə əlaqədardır.
SOCAR-ın işçilərinin sayı 1,6% azalıb

22:26
7 Sen 2018