Nazirlər Kabineti sentyabrın 13-də 626 nömrəli sərəncam imzalayıb. Sənədə əsasən, SOCAR-ın dövlət büdcəsinə 675,4 milyon manat (təxminən 400 milyon ABŞ dolları) məbləğində borcları ləğv edilib. Bu məsələ ilə bağlı təklif SOCAR rəhbərliyindən gəlib.
Borc şirkətin 2014-cü ildə Mərkəzi Bankdan (472 milyon 870,7 min manat), 2015-2016-cı illərdə isə Beynəlxalq Bankdan alınan kreditləri nəticəsində yaranıb.