Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin eskalasiyası və Ermənistan qoşunlarının oktyabrın 6-da Azərbaycanın boru kəmərləri infrastrukturuna zərbə endirmək cəhdi Trans-Adriatik boru kəmərinin (TAP) istifadəyə verilməsi cədvəlinə təsir göstərməyib.
FED.az xəbər verir ki, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, bütün mümkün ssenarilər nəzərdən keçirilib və yeni hücum halında ziyanın qarşısını almaq və ya azaltmaq üçün bütün zəruri tədbirlər görülüb:
“Hələlik, TAP-ın istismara verilməsi, planlaşdırılan ixrac həcmi ilə bağlı hər hansı bir dəyişiklik yoxdur”.